Ümumi təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbulu üçün sərbəst şəkildə məktəb və müəllim seçimi mərhələsinə start verilib.
Doğru.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat verib. Bildirilib ki, iyulun 22-si saat 16:00-dan etibarən Bakı və Gəncə şəhərlərindəki ümumi təhsil müəssisələrində məktəbəhazırlıq qrupları üzrə prioritetlə seçim mərhələsi başa çataraq, yerinə sərbəst seçim mərhələsi tətbiq olunub.
Valideynlər seçim prosesini “mektebeqebul.edu.az” portalı vasitəsilə həyata keçirə bilərlər.
İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aşağıdakı ünvanlara müraciət edə bilərlər:
– Alternativ qeydiyyat mərkəzləri;
– Agentliyin və yerli təhsili idarəetmə bölmələrinin çağrı mərkəzləri;
– “ASAN xidmət” mərkəzləri.
DOĞRU.AZ