Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ictimaiyyətin maraq göstərdiyi məsələlərlə bağlı yeni təşəbbüslə çıxış edib.
Doğru.az xəbər verir ki, sədr jurnalistlərə açıqlamasında bundan sonra hər ay bir gün ən aktual mövzulardan birinin ictimai müzakirəyə çıxarılacağını bildirib. Onun sözlərinə görə, ümumilikdə il ərzində 12 mövzu üzrə müzakirə aparılması planlaşdırılır.
“Avqust ayının əvvəlində ilk mövzu elan olunacaq və həmin məsələ ilə bağlı açıq görüş təşkil ediləcək”, – deyə Məleykə Abbaszadə vurğulayıb.
DOĞRU.AZ