image-ads_n1karobka_mobile
image-e81ab2905e6fa96c91c139a689420cf2_1994d8dd286739cfcaca07dc54a7beb0backend

Məmməd Məmmədovun 17 min manatlıq Novruz şənliyi

image-add-a-heading

Tovuz Rayon İcra Hakimiyyəti Novruz şənliyinə 17 582 manat pul xərcləyib. 

Doğru.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bayram şənliyini icra hakimiyyətinin sifarişi ilə “Prodsale” MMC təşkil edib.

Bununla bağlı qurumla şirkət arasında birmənbə metodu ilə satınalma müqaviləsi imzalanıb.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Prodsale” MMC 23 yanvar 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN-dir. MMC-nin hüquqi ünvanı Yasamal rayonu, xarici dairəvi yolu, ev 59, mənzil 51-də yerləşir. Şirkətin qanuni təmsilçisi Hətəmova Sahilə Zahid qızıdır.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.

Dövlət satınalmalarının vahid elektron portalına yerləşdirilən məlumatlardan aydın olur ki, Tovuz Rayon İcra Hakimiyyəti bayram və hüzn tədbirlərinin təşkilini əsasən “Prodsale” MMC-yə tapşırır. Həm bu fakt, həm də şirkətlə birmənbə metodu ilə müqavilə bağlanması satınalmanın şəffaflığı barədə suallar yaradır.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədovdur. O, 2018-ci ildə rayona rəhbərlik edir.

DOĞRU.AZ 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki