image-2000x150px
image-fotojet-29backend

Mənzillərin təmir xərcləri kəskin bahalaşıb 

image-728x90px

Ötən aylarla müqayisədə mənzillərin təmir xərcləri kəskin artıb.

Inşaat eksperti Muxtar Ərturan deyir ki, mənzilin bir kvadratmetrinin təmiri 50 faizə qədər bahalaşıb.

Onun sözlərinə görə, qiymətlər mənzil sahibinin zövqünə görə dəyişir. Əgər mənzilin təmiri zamanı sadə dizayn seçilərsə, xərcləri qismən azaltmaq olar.

Ekspertin bildirdiyinə görə, klassik üslubda aparılan təmir daha çox xərcə səbəb olur:

“80-100 kvadaratmetlik bir mənzilin təmiri 50-60 min manata başa gəlir. Çünki klassik üslublu təmir zamanı oyma işləri görülür, xüsusi mozaik naxışlardan, mərmərdən və dəbdəbəli mebellərdən istifadə olunur”.

Muxtar Ərturan xərclərin bu qədər artmasını tikinti bazarındakı vəziyyətlə əlaqələndirir. Onun sözlərin görə, artıq ustalar da ev sahiblərinə təmir üçün fərqli qiymətlər təklif edirlər.

Ekspertin fikrincə, yaxın vaxtlarda qiymətlərin daha da bahalaşacağı gözlənilir.

DOĞRU.AZ

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki