image-nerjbanner
image-ads_atlas
image-upload-23c0424_012-pic_32ratio_900x600-900x600-76052backend

Mercedes-Benz Teslanı keçərək ən qiymətli avtomobil markası oldu

image-nerjbanner

Mercedes-Benz elektrik avtomobilləri üzrə əvvəlki lider Tesla-nı keçərək dünyanın ən qiymətli avtomobil markaları reytinqində birinci yeri tutub.

Bu məlumatı Brand Finance konsaltinq şirkəti paylaşıb.

Keçən il Tesla avtomobilləri birinci yeri tutdu, ondan əvvəl Mercedes-Benz artıq ən bahalı brend idi. Hazırda Mercedes-Benz-in dəyəri 1% artaraq 59,4 milyard dollara, Tesla brendinin dəyəri isə 12% azalaraq 58,3 milyard dollar təşkil edib.

Brand Finance analitikləri bazar dəyişikliyini şirkətin qurucusu Elon Musk ətrafında qalmaqallarla əlaqələndirirlər; onun açıqlamaları Teslanın reputasiyasına mənfi təsir göstərir.

İki liderdən sonra ən qiymətli üç avtomobil markası Toyota (52,7 milyard dollar), Porsche (43,1 milyard dollar) və BMW (41 milyard dollar) olub.

Mənbə: Autotech

image-ads_atlas320_100

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki