image-2000x150px
image-123
image-ads_atlas
image-merkezibankbackend

Mərkəzi Bank ən çox şikayət edilən sığorta şirkətlərini açıqlayıb

image-728x90px

Son bir ildə Azərbaycanda avtomobillərin icbari sığortası üzrə ən çox şikayət edilən şirkət “Xalq Sığorta” (2,59 indeksi ilə) olub.

Bu barədə Azərbaycan Mərkəzi Bankının sentyabr ayı üzrə açıqladığı şikayət indeksində bildirilib.

Məlumata görə, ötən ay ən çox şikayət edilən şirkət – “Atəşgah Sığorta” 2,30 indeksi ilə ikinci, “Bakı Sığorta” isə 1,38 indeksi ilə siyahıda üçüncü olub.

Avtoicbari sığorta icazəsi ləğv edilən “AZSIĞORTA”, “İpək Yolu Sığorta”, “A-Qroup Sığorta” və lisenziyası ləğv olunmuş “Günay Sığorta” üzrə göstəricilər siyahıda nəzərə alınmayıb. “Naxçıvansığorta” üzrə indeks Naxçıvan Muxtar Respublikasının rayonlarına aid olan nəqliyyat vasitələrinə münasibətdə daxil olan şikayətlər əsasında hesablanıb.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki