image-2000x150px
image-123
image-ads_atlas
image-upload-ap18277580973579-pic_32ratio_900x600-900x600-14169backend

Məşhur braziliyalı futbolçu karyerasını 58 yaşında bərpa edib

image-728x90px

“Barselona”nın və Braziliya millisinin sabiq hücumçusu Romario bundan sonra Rio-de-Janeyronun “Amerika” klubunda çıxış edəcək.

Bu barədə o, sosial şəbəkələrdə məlumat verib.

“Rəsmi qeydiyyatdan keçib. “Mən əziz “Amerika”ya bir neçə matçda kömək etməyə və təbii ki, arzumu həyata keçirməyə və meydanı oğlumla bölüşməyə hazıram” deyə Romario yazıb.

Qeyd edək ki, 58 yaşlı Romario Amerikanın prezidentidir. Klub Rio de Janeyro Ştat Çempionatının ikinci divizionunda çıxış edir.

Hücumçu karyerası ərzində PSV, “Barselona”, “Flamenqo” və “Valensiya”da çıxış edib. Dopinq qalmaqalından sonra, 2008-ci il aprelin 15-də Romario idman karyerasını bitirdiyini rəsmən elan etdi.

Mənbə: NTV Spor

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki