image-2000x150px
image-fotojet-2022-12-21t104413-339backend

 Məşhur italiyalı məşqçi: “Messi kuboku başı üzərinə qaldıranda göz yaşlarımı saxlaya bilmədim”

image-728x90px

“Milan”ın və İtaliya yığmasının sabiq baş məşqçisi Arriqo Sakki Argentina millisinin dünya çempionatında qazandığı qələbədən sonra keçirdiyi emosiyalardan danışıb.

Məşhur italiyalı məşqçi etiraf edib ki, kapitan Lionel Messi dünya kubokunu başı üzərinə qaldıranda göz yaşlarını saxlaya bilməyib.

“Mən o anda Messinin karyerasını, bütün kubokları qazandığı halda onun üçün “lənətlənmiş” dünya çempionatı mükafatını qazana bilmədiyi zamanları xatırladım. Sanki bunun üçün o, həmişə Maradonanın kölgəsində qalırdı və nəyisə sübut etmək istəyirdi. Messi Maradonanın öz xalqına yaşatdığı sevinci onlara təkrar yaşada bilmədiyi üçün sıxılırdı. Amma indi bütün Argentina ona sitayiş edir”, – deyə Arriqo Sakki vurğulayıb.

image-728x90px

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

UĞURLU GƏLƏCƏK NAMİNƏ