“İnter Mayami”nin baş məşqçisi Xerardo Martino argentinalı hücumçu Lionel Messinin MLS-də Toronto ilə matçda (4:0) vaxtından əvvəl əvəzlənməsi ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Onun sözlərini FCB Albiseleste sitat gətirir.
“Lionel Messi və Jordi Alba bu gün oynamağa hazır olduqlarını düşünürdülər, lakin yorğunluq özünü büruzə verdi və narahatlıq hiss etdilər. Zədə baxımından orada ciddi bir şeyin olduğunu düşünmürük.
Alba və Messinin Orlando ilə növbəti oyunu (25 sentyabr) keçirmək şansı yoxdur. Finala (ABŞ Kuboku, 28 sentyabr) gəlincə, onun oynayıb-oynamayacağını bilmirəm”, – deyə mütəxəssis bildirib.
Qeyd edək ki, Toronto ilə matçda Messi 37-ci dəqiqədə, Xordi Alba isə 35-ci dəqiqədə meydanı tərk edib.
Mənbə: NTV Spor