image-ads_n1karobka_mobile
image-fotojet-2022-11-14t004609-619backend

“Milan” son anda qələbə qazandı – VİDEO

Noyabrın 13-də futbol üzrə İtaliya A Seriyasının 15-ci turunun növbəti oyunu keçirilib.

  “San Siro” stadionunda “Milan” “Fiorentina” komandasını qəbul edib.

Oyun meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə başa çatıb.

Milanlıların heyətində hesabı 2-ci dəqiqədə Olivier Jiru açıb. 28-ci dəqiqədə qonaqlar Antonin Barakla hesabı bərabərləşdirsələrdə, gücləri bundan artığına çatmayıb. Belə ki, 90+4-cü dəqiqədə serbiyalı müdafiəçi Nikola Milenkovicin avtoqolu ilə “Milan” 2-1 hesablı qələbəyə sevinib.

Bu qələbə sayəsində “Milan” xal ehtiyatını 33-ə çatdıraraq A Seriyasında bir oyun az keçirən “Latsio”nu qabaqlayaraq ikinci yerdə qərarlaşıb. “Fiorentina” klubu isə 19 xalla onuncu sıradadır. Çempionata isə 15 oyundan sonra 44 xal toplayan “Napoli” klubu başçılıq edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki