image-2000x150px
image-123
image-ads_atlas
Millət vəkili Qənirə Paşayeva əməkdar artist Çingiz Əhmədovu xanımı ilə qəbul edib FOTObackend

Millət vəkili Qənirə Paşayeva əməkdar artist Çingiz Əhmədovu xanımı ilə qəbul edib FOTO

image-728x90px

Doğru.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış aktyor, Əməkdar artist Çingiz Əhmədov və onun həyat və sənət yoldaşı Mehriban Əhmədovanı Mədəniyyət Komitəsində qəbul edib.Hər iki şəxsin sənət uğurlarından, yaradıcılıq planlarından ətraflı söhbət aparılıb.

Əhmədovlar ailəsinin övladı İbrahim Çingizin də sənət yolu seçdiyini, Rus Dram Teatrının sevilən gənc aktyoru olduğunu vurğulayan Q.Paşayeva, sənətçi ailəsinə yeni uğurlar diləyib.

Qənirə Paşayeva görüş zamanı vurğulayıb ki, “Xahiş edirəm, bizim -Mədəniyyət Komitəsi üzvlərinin salamlarını ailənizin digər üzvlərinə, doğmalarınıza və kollektivinizə çatdırasınız. Sənət afamları ilə hər görüş xoş və yaddaqalan olur. Umidvaram pandemiya məhdudiyyətləri də atadan qalxacaq və teatrlar öz sadiq tamaşaçılarına qovuşacaq”.

Görüşün sonunda Ç.Əhmədov və M.Əhmədova səmimi qəbul üçün Q.Paşayevaya təşəkkür edib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki