image-ads_n1karobka_mobile
Millimiz bu gün Kiprlə qarşılaşacaqbackend

Millimiz bu gün Kiprlə qarşılaşacaq

Futbol üzrə Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.
Yığmamız Millətlər Liqasında IV turun matçına çıxacaq. 
Canni de Byazinin yetirmələri C liqasının 1-ci qrupu görüşündə Kipr ilə qarşılaşacaq. 

Azərbaycan və Ermənistan arasında Dağlıq Qarabağdakı hərbi münaqişə səbəbindən milli rəqibini neytral meydanda – Albaniyadakı Elbasan şəhər stadionunda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Qarşılaşmanı Xorvatiyadan olan hakimlər briqadası idarə edəcək. 
Qeyd edək ki, yığmamız keçirilən üç turda 1 qələbə, iki məğlubiyyətlə üzləşib və 3 xalla üçüncü pillədə qərarlaşıb.

Oxu.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki