image-n1karobka_ads
image-123
image-693f782b02e8bd6106008cd0backend

Milyarder Sidney terrorçusunu zərərsizləşdirən şəxsə 100 min dollar bağışladı

image-ad_qayo_720x110px

Amerikalı milyarder Bill Ackman Sidney terror hücumu zamanı hücum edənlərdən birini zərərsizləşdirən şəxsə böyük məbləğdə ianə edib.

Doğru.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, iş adamı zərərçəkmişə dəstək məqsədilə təşkil olunan GoFundMe ianə kampaniyasının əsas sponsoru olub. Ackman kampaniya çərçivəsində 99 min 999 dollar ianə edib. Hazırda toplanan ümumi vəsaitin həcmi 170 min dolları keçib.

Məlumata görə, ianənin alıcısı meyvə dükanının sahibi Əhməd Əl-Əhməddir. O, Bondi çimərliyində baş verən hücum zamanı terrorçu ilə üz-üzə gəlib və onun silahını əlindən almağa nail olub. Hadisə zamanı Əl-Əhməd iki güllə yarası alıb və hazırda xəstəxanada müalicə olunur.

Xatırladaq ki, dekabrın 14-də Sidneydəki Bondi çimərliyində baş verən atışma nəticəsində 16 nəfər ölüb, 29 nəfər isə yaralanıb.

Daha əvvəl bildirilmişdi ki, Bondi çimərliyində keçirilən yəhudi festivalının iştirakçılarına atəş açan şübhəlilərin ata və oğul olduğu ehtimal edilir.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki