Belarusun nəqliyyat və kommunikasiyalar nazirinin birinci müavini Aleksey Lyaxnoviç bildirib ki, Rusiya Federasiyası Minskə dəmir yolu daşımalarında endirim edib.
O, bu barədə “Belarus-1” telekanalının efirində danışıb.
Onun sözlərinə görə, dəmir yolu ilə daşıma tarifləri Belarus ixrac yüklərinin Rusiya ərazisindən daşınması logistikasında böyük yer tutur – təxminən 60%.
O vurğulayıb ki, limanda daşınma xərcləri də təsir edir, Minsk onu daha ucuz olan yerə daşımağa çalışır. Onun sözlərinə görə, Rusiya ilə dəmir yolu tarifləri ilə bağlı məsələlərə baxan birgə komissiya var.
“Bu il biz istiqamətdən asılı olaraq 10%-dən 40%-ə qədər endirimlər aldıq”, – Lyaxnoviç bildirib.
Mənbə: Lenta.ru