image-n1karobka_ads
image-123
image-17515434923972564476_1200x630backend

MİQ müsabiqəsində test imtahanı başlayıb

Bu gündən etibarən 2025–2026-cı tədris ili üçün müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsinə start verilib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Doğru.az-a bildirilib ki, 65 min 572 namizədin iştirak edəcəyi test imtahanları iyulun 3, 4, 8 və 10-da ölkənin 19 şəhərində olmaqla 44 imtahan mərkəzində təşkil olunur.

Test imtahanı mərhələsinin ilk gününün birinci seansına 3771 namizəd dəvət olunub. Ümumilikdə birinci seans üzrə 83 faiz davamiyyət qeydə alınıb.

Qeyd edək ki, iyulun 3-də keçirilən müəllimlərin işə qəbulu üzrə test imtahanı zamanı 325 namizədin iştirak etdiyi 5 imtahan mərkəzində internet bağlantısının təminatında fasilələr müşahidə olunub. Texniki nasazlıq operativ şəkildə aradan qaldırılıb və itirilmiş vaxtın bərpası təmin edilib.

İyulun 3-də təşkil olunan test imtahanları üzrə apellyasiya müraciətlərinin qəbuluna iyulun 4-ü saat 12:00-dan etibarən başlanılacaq.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki