image-n1karobka_ads
image-123
Misir nəşri Azərbaycanın mədəniyyət paytaxtından yazırbackend

Misir nəşri Azərbaycanın mədəniyyət paytaxtından yazır

image-ad_qayo_720x110px

Misirin “Əl Vəsilə” nəşrində “Azərbaycan Prezidenti işğaldan azad olunmuş Şuşanı mədəniyyət paytaxtı elan edib” sərlövhəli məqalə dərc edilib.

Doğru.az xəbər verir ki, misirli jurnalist Məhəmməd Rafət Fərağın müəllifi olduğu məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin yeni təyin olunmuş mədəniyyət nazirini qəbulunda etdiyi çıxışa geniş yer verilib.

Yazıda Qarabağın incisi kimi təqdim edilən Şuşa şəhərinin 1992-ci ildə Ermənistan tərəfindən işğal edildiyi və ötən il noyabrın 8-də düşmən tapdağından azad olunduğu diqqətə çatdırılıb.

Bu qədim şəhərin Azərbaycan tarixində və mədəniyyətində rəmzi məna daşıdığı, tanınmış azərbaycanlı musiqiçilərin və görkəmli elm-mədəniyyət xadimlərinin yurdu olduğunu vurğulayan müəllif qeyd edib ki, Azərbaycan Prezidenti erməni işğalı dövründə Şuşaya vurulmuş maddi-mənəvi ziyandan da bəhs edib.

Məqalədə yazılıb:

“Azərbaycan dövlətinin başçısı Şuşada yaşayış fondunun, tarixi abidələrin təftişinin aparılması, vurulmuş ziyanın dəqiq hesablanması və restavrasiya işlərinə başlanması barədə göstəriş verib. Prezident, eyni zamanda, şəhərin ilkin və tarixi simasının bərpa edilməli olduğunu da vurğulayıb”.

Sonda diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Şuşa şəhərində musiqi festivalı və poeziya günlərinin keçirilməsinə dair tapşırıqlar verib.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki