Hindistanın Baş naziri Narendra Modi ABŞ ilə artan ticarət gərginliyi fonunda vətəndaşlara xarici mallar almaqdan çəkinməyi tövsiyə edib.
Doğru.az xəbər verir ki, Modi “The India Today”ə açıqlamasında Hindistanda gündəlik istifadə olunan bir çox məhsulun əslində xaricdə istehsal edildiyini vurğulayıb:
“Biz onları yox etməliyik… Millətin ehtiyac duyduğu hər şey Hindistanın özündə istehsal edilməlidir”.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi RT-yə açıqlamasında Rusiya və Hindistan arasındakı əlaqələri pozmaq cəhdlərinin uğursuzluğa məhkum olduğunu bildirmişdi.
DOĞRU.AZ