Moldovanın daxili dövlət borcu daha bir rekord qırıb.
Bu barədə Sputnik Moldova yazır.
Daxili borcun həcminin aprel ayında 2,9% artaraq 48 milyard leyə çatdığı vurğulanır.
Agentliyin məlumatına görə, əvvəlki antirekord daxili dövlət borcunun 46 milyard leyi ötdüyü mart ayında qeydə alınıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Aqasandyan Moldovanın MDB-yə münasibətdə ikiüzlü mövqeyindən danışıb.
DOĞRU.AZ