image-n1karobka_ads
image-123
image-64e600527542064e6005275421169279496264e600527541b64e600527541ebackend

Müdafiə Nazirliyi Qara dənizdə Ukrayna Silahlı Qüvvələrinə məxsus üç pilotsuz katerin məhv edildiyini təsdiqləyib

image-ad_qayo_720x110px

Növbətçi atəş silahları gecə saatlarında Qara dənizdə Krıma doğru hərəkət edən Ukraynanın üç pilotsuz katerini məhv edib.

Doğru.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, Kiyev rejiminin terror aktı törətmək cəhdinin qarşısı gecə – Moskva vaxtı ilə saat 01:55-dən 02:20-dək alınıb.

Bundan əvvəl Sevastopol qubernatoru Mixail Razvojayev bildirmişdi ki, şəhər yaxınlığında dörd pilotsuz təyyarə və üç pilotsuz qayıq məhv edilib .

Rusiya Müdafiə Nazirliyi həmçinin bəyan edib ki, hava hücumundan müdafiə qüvvələri bir gecədə ölkənin regionları üzərində altı Ukrayna PUA-nı məhv edib.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki