Təhsilverənlərin sertifikatlaşdırılması prosesində test imtahanlarının iyun ayının 18-20, 24 və 25-də keçiriləcəyi müəyyən olunub.
Doğru.az xəbər verir ki, imtahanların dəqiq vaxtı və yeri barədə məlumatlar artıq iştirakçı müəllimlərin şəxsi kabinetlərinə göndərilib.
Qeyd edək ki, bu ilki sertifikasiya mərhələsində kimya, biologiya, fizika, coğrafiya, informatika fənləri üzrə müəllimlərlə yanaşı, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dillər (ingilis, rus, alman, fransız və s.) fənlərini tədris edən pedaqoqlar da iştirak edəcəklər.
DOĞRU.AZ