Bu gündən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsinə başlanılıb.
Doğru.az xəbər verir ki, bu barədə məlumatı Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzi AZƏRTAC-a açıqlayıb.
Bildirilib ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimum 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumilikdə 40 və daha yüksək bal toplayan namizədlər avqustun 11-i saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Qeyd edilib ki, namizədlər seçdikləri vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdikləri halda, müsabiqənin növbəti mərhələlərində iştirak hüququnu itirəcəklər.
Vakansiya seçimi mərhələsinə dair ən çox ünvanlanan sualların cavabları ilə xüsusi link vasitəsilə tanış olmaq mümkündür.
DOĞRU.AZ