SpaceX-in baş qərargahının yerləşdiyi Texas Ulduz Bazasının rəsmi olaraq şəhərə çevrildiyini onun sahibi, amerikalı sahibkar və milyarder İlon Mask açıqlayıb.
“İndi rəsmidir!” — o, X sosial şəbəkəsində Starbase-in şəhərə çevrilməsi ilə bağlı yazıya münasibət bildirərək yazıb.
İlon Mask 2024-cü ilin dekabrında SpaceX aerokosmik şirkətinin qərargahının yeni Starbase şəhərinə köçürüləcəyini açıqladı.
DOĞRU.AZ