image-n1karobka_ads
image-123
image-17574978695004317010_1200x630backend

“Nar” və “YAŞAT” Fondu “Bilik günü” münasibətilə şəhid övladlarını təbrik edib – FOTO

image-ad_qayo_720x110px

15 Sentyabr – Bilik Günü ərəfəsində “Nar” sosial tərəfdaşlıq çərçivəsində “YAŞAT” Fondunun təşkil etdiyi ənənəvi “Məktəbli ləvazimatları” layihəsinə qoşulub. Artıq beşinci dəfə gerçəkləşən bu təşəbbüs şəhid övladlarının yeni tədris ilinə sevinc və ruh yüksəkliyi ilə başlamasına dəstək olmağı hədəfləyir.

Layihə çərçivəsində 1–11-ci siniflərdə təhsil alan 900-dən çox şəhidin 1500-dək övladına illik dərs ləvazimatlarından ibarət hədiyyə qutuları təqdim edilib. Respublikanın bütün bölgələrini əhatə edən bu dəstək məktəblilərin təhsil yolunda zəruri vasitələrlə təmin olunmasına və onların gələcəyə daha böyük ümidlərlə addımlamasına xidmət edir.

Qeyd edək ki, “Nar” davamlı olaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın ailələrinə və qazilərimizə dəstək göstərən layihələrə töhfə verir. Bu istiqamətdə reallaşdırılan sosial təşəbbüslər şirkətin korporativ sosial məsuliyyət strategiyasının əsas prioritetlərindəndir. Şəhid övladlarının təhsildə bərabər imkanlarla irəliləməsi, onların potensialının inkişafı və gələcəkdə cəmiyyətin fəal üzvü kimi formalaşmasına dəstək vermək mobil operator üçün xüsusi əhəmiyyət kəsb edir.

“Nar”ın dəstəyi ilə gerçəkləşdirilən bütün sosial layihələr haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərən “Nar” son 6 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

DOĞRU.AZ

image-1757497869563822837_1200x630 image-1757497869525058264_1200x630 image-17574978692664730446_1200x630 image-17574978696207335865_1200x630 image-17574978693549551717_1200x630 image-17574978692960949657_1200x630

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki