image-n1karobka_ads
image-123
image-videocapture_20250528-181150backend

Nardaranda günorta çağı tülkü peyda oldu – VİDEO

Doğru.az xəbər verir ki, bu gün günorta saatlarında Bakı şəhərinin Nardaran kəndində qeyri-adi mənzərə yaşanıb. Kəndin içərisində tülkü peyda olub və həmin anlar təsadüfən mobil telefonla lentə alınıb.

Videonu Niyazi Quliyev çəkib və redaksiyamıza göndərib.

Mütəxəssislərin fikrincə, bu cür vəhşi heyvanların yaşayış məntəqələrinə enməsi ya qida axtarışı, ya da təbii yaşayış mühitinin daralması ilə əlaqədardır.

Tülkünün sərbəst şəkildə dolaşması bir tərəfdən maraqlı görüntülər yaratsa da, digər tərəfdən sakinlər üçün təhlükə mənbəyi də ola bilər.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki