image-2000x150px
image-123
image-ads_atlas
image-polisbackend

Narkotik satan və alan şəxslər saxlanıldı

image-728x90px

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan   verilən məlumata görə, Naftalan şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Goranboy rayon sakini Binyamin Allahverdiyev və Rəfail Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlnılan şəxslərin üzərindən müxtəlif bükümdə narkotik vasitə olan “heroin”, B. Allahverdiyevə məxsus avtomobildən isə müxtəlif bükümlərdə “heroin” “metamfetamin” və narkotik qəbulu üçün digər vasitələr aşkar edilərək götürülüb.

Saxlanılan şəxslərin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində onlara narkotik vasitəni 105 manata satmaqda şübhəli bilinən Yevlax şəhər sakinləri Elsevər Musayev və Aruz Məmmədov da saxlanılıb. Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman narkotik və psixotrop maddələr aşkarlanaraq götürülüb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim edilib, faktlarla bağlı araşdırmalar davam etdirilir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki