image-n1karobka_ads
image-123
image-66e5c1db02e8bd23fa52f8ebbackend

NATO: Rusiyaya dərindən zərbə endirməyə icazə hərbi baxımdan haqlıdır

image-ad_qayo_720x110px

Ukraynaya Qərbin uzaqmənzilli silahları ilə Rusiyanı vurmağa icazə verilməsi hərbi baxımdan haqlıdır. Bunu NATO Hərbi Komitəsinin rəhbəri Rob Bauer deyib.

Komitənin iclasından sonra Praqada keçirilən mətbuat konfransında o qeyd edib ki, silahlı münaqişələrlə bağlı müddəalara əsasən, istənilən ölkənin “özünü müdafiə etmək hüququ var”.

Bu hüquq müəyyən bir ölkənin sərhədləri ilə məhdudlaşmır… Ona görə də hərbi baxımdan bunun üçün tutarlı səbəblər var, düşməni, onun maddi-texniki təchizatını, cəbhəyə yanacaq və sursat təchizatını zəiflətmək.

Eyni zamanda, Alyansın Hərbi Komitəsinin rəhbəri qeyd edib ki, Ukraynaya silah tədarük edən ölkələrin onların istifadəsinə hansı məhdudiyyətlərin tətbiq edilməsinə müstəqil qərar vermək hüququ var.

Bundan əvvəl britaniyalı siyasətçi David Curtain demişdi ki, Ukrayna Silahlı Qüvvələrinə Rusiyanın dərinliklərində zərbələr endirməyə icazə verilməsi Qərbi riskə atacaq.

Mənbə RİA Novosti

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki