image-2000x150px
image-123
image-ads_atlas
image-49a3cd0398dd12f409491cada2464591backend

Naxçıvanda nə baş verir? – Yoxlamalar, yasaq, nəzarət

image-728x90px

Son günlər Naxçıvan Muxtar Respublikasında ciddi hadisələr baş verir. Muxtar respublikada bir sıra struktur islahatları aparılır, Naxçıvandakı qurumlar Azərbaycanın mərkəzi icra hakimiyyəti orqanlarına tabe etdirilir.

Növbəti belə struktur islahatı muxtar respublikanın Dövlət Gömrük Komitəsində aparılır. İddilara görə, dünən səhər saatlarında işə gələn Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və sədr müavini Səbuhi Novruzov komitənin inzibati binasına buraxılmayıblar. Gün ərzində Naxçıvan gömrüyündə aparılan islahatlarla bağlı ictimaiyyətə məlumat verilməsi gözlənilir.

Xatırladaq ki, Səhət Həbibbəyli AMEA-nın prezidenti İsa Həbibbəylinin oğlu, Səbuhi Novruzov isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıboun bacısının həyat yoldaşıdır.

Ad – 00:31

Onu da yada salaq ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov  Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasının 30 illiyi münasibətilə ölkə Prezidentinin də iştirak etdiyi tədbirə dəvət olunmayıb.

Vasif Talıbov partiyanın idarə heyətinin üzvüdür. Bəzi iddialara görə, Vasif Talıbov tədbir keçirilən gün Bakıda olub. Hətta qeyd olunur ki, Talıbov tədbirin keçirildiyi Mərkəzə gəlib, lakin qapıdan içəri buraxılmayıb.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki