image-n1karobka_ads
image-123
image-1714392324_azedu-az_tn-1_115backend

Nazir Emin Əmrullayev Naxçıvanda vətəndaşları qəbul edəcək

image-ad_qayo_720x110px

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 28-də Naxçıvan şəhərində vətəndaşların müraciətlərini dinləyəcək.

Nazirlikdən Doğru.az-a bildirilib ki, qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak edə bilərlər.

Adları çəkilən şəhər və rayonların sakinləri noyabrın 18-i saat 18:00-dək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının bölməsinə elektron formada və ya ‪‪+994 51 206 78 48 nömrəsinə vatsap vasitəsilə müraciət göndərmək mümkündür.

Nəzərinizə çatdırırıq ki, qəbulda iştirak üçün qeydiyyat mütləqdir.

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki