image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-27backend

Nazirlikdən ağacların kəsilməsi ilə bağlı yayılan görüntülərə MÜNASİBƏT – FOTO

image-728x90px

Astara rayonunda meşəlik ərazidə ağacların kəsilməsi barədə görüntülər yayılıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəsmisi Cabbar Qəribov Oxu.Az-a açıqlamasında sözügedən görüntülərə münasibət bildirib.

Onun sözlərinə görə, qışa hazırlıq məqsədilə qazlaşdırılmayan yaşayış məntəqələrinin əhalisinin və oduna ehtiyacı olan təşkilatların, təhsil müəssisələrinin, səhiyyə ocaqlarının, hərbi hissələrin odun yanacağı ilə təmin olunması üçün hazırda odun tədarükü aparılır:

“Odun tədarükü üçün bioloji inkişafdan qalmış, kökü üstə qurumuş, yanğına səbəb yarada biləcək yıxılmış quru ağacların hazırda sanitar qırıntısı aparılır. Qırmaya aid olan ağaclar mütəxəssislər tərəfindən əvvəlcədən müəyyən olunur, nömrələnir və onların kəsilməsinə rəy verilir.

Onlar əhaliyə və müəssisələrə əvvəlcədən dəyəri ödənilməklə verilir. Sosial şəbəkələrə yayılan görüntülər də, qırma sahəsidir, ağaclar nömrələnib və tədarük olunaraq aşağı anbar adlanan əraziyə daşınıb”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki