image-2000x150px
image-123
image-ads_atlas
image-fotojet-2023-01-25t105301-527backend

Ned Prays: “Biz Azərbaycan və Ermənistan arasında birbaşa dialoq aparılmasının tərəfdarıyıq”

image-728x90px

“Biz Azərbaycan və Ermənistan arasında birbaşa dialoq aparılmasının tərəfdarıyıq. Artıq uzun illərdir Azərbaycan və Ermənistan arasındakı məsələlərin həllinə aparan yol birbaşa dialoqdan keçir və ümid edirik ki, bu dialoq vasitəsilə davamlı sülhə nail olunacaq”.

Bu sözləri ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, ABŞ Ermənistan və Azərbaycanla birbaşa müzakirələr aparmağa davam edir:

“Biz bunu öz tərəfdaşlarımızla bərabər, çoxtərəfli institutlar vasitəsilə edirik. Biz ötən il bir neçə dəfə üçtərəfli qaydada müzakirələr apardıq. Biz bu problemli məsələlərin həlli üçün ən effektiv olan nədirsə, onu edəcəyik. ABŞ davamlı sülhə dəstəyinə sadiqdir”.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki