image-2000x150px
image-123
image-ads_atlas
image-326392003_1353095068847944_3939571531449317871_nbackend

Neft hasilatının azaldılması ilə bağlı razılaşma ilin sonuna qədər davam edəcək

image-728x90px

OPEC+ alyansı çərçivəsində əldə olunan neft hasilatının azaldılması ilə bağlı razılaşma 2023-cü ilin sonuna kimi qüvvədə qalacaq.

Bu barədə cümə axşamı Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud bildirib.

Nazir əlavə edib ki, alyansın üzvü olan ölkələr “yalnız dünya bazarında tələbin artmasının ilkin əlamətləri görünəndə hasilatı artıracaqlar”.

O, qeyd edib ki, hazırda hətta özü də bazarda tələbi proqnozlaşdıra bilmir.

“Mən tələbin artımına yalnız bunu həqiqətən görəndə inanacağam”, – deyə nazir bəyan edib.

Xatırladaq ki, OPEC+ sazişinin iştirakçısı olan ölkələr 2022-ci il oktyabrın 5-də keçirilən iclasda hasilatı sutkada 2 milyon barel azaltmağa razılaşıblar.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki