image-2000x150px
image-123
image-ads_atlas
image-4596631c-34c7-3af1-b69c-5ea723861a38_850backend

Neftçalada avtomobil aşıb, xəsarət alanlar var

image-728x90px

Neftçalada 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İkinci Qaralı kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili anidən idarəetmədən çıxıb və yolun kənarına aşıb. Qəza zamanı Bakının Sabunçu rayon sakini, 1991-ci il təvəllüdlü İbrahimov Rüfət Oqtay oğlu, Masallı rayonunun Təklə kənd sakinləri – 1961-ci il təvəllüdlü Həsənov Nadir Əbil oğlu və 1983-cü il təvəllüdlü Abışov Camaləddin müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki