image-ads_n1karobka_mobile
image-fd49c91f-b01f-3551-8fc9-cac93dd61a8d_850backend

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Neftçalada baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

Rayon sakini, 1972-ci il təvəllüdlü sürücü Yusifov Elçin H.Əliyev prospektində motosikletə idarəetməni itirib. Nəticədə motosiklet yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü və sərnişin xəsarət alıb.

Sürücü Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sərnişin isə hadisə yerində ilk tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

DOĞRU.AZ


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki