43 yaşlı mütəxəssis öz ərizəsi ilə vəzifəsindən ayrılıb.
Doğru.az xəbər verir ki, Məmmədov 2020-ci ilin yanvarından “ağ-qaralar”a başçılıq edirdi. Onunla 2020/2021 mövsümünün əvvəlində 2 illik yeni müqavilə imzalanmışdı.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın IX turunda evdə “Qarabağ”a 0:6 hesabı ilə uduzub.

























