image-2000x150px
image-123
image-ads_atlas
image-neft_newbackend

Neftin qiyməti təxminən bir il yarımın ən yüksək həddə çatıb

image-728x90px

İyulda Brent markalı neftin sentyabr fyuçersləri 14,2% artaraq 85,56 dollar/barel təşkil edib ki, bu da 2022-ci ilin may ayından bəri ən yüksək dəyərdir.

Bu barədə Bloomberg məlumat yayıb.

Eyni zamanda, WTI markalı neftin sentyabr fyuçersləri 15,8% artaraq 81,8 dollar olub. Bunu Nyu-York əmtəə birjasındakı ticarət məlumatları sübut edir. Bu, 2022-ci ilin yanvar ayından bu yana neftin bu növü üçün ən yaxşı nəticədir.

Neftin qiymətinin qalxması bir sıra ölkələrin onun hasilatını azaltması fonunda başlayıb. Reuters agentliyinin sorğusuna əsasən, OPEC ölkələrində neft hasilatı iyul ayında gündəlik 840 min barel azalıb. Səudiyyə Ərəbistanı da öz növbəsində gündəlik hasilatı 860 min barel azaldıb. Neft hasilatının könüllü olaraq azaldılmasının gündəlik 1 milyon barel azaldılmasının sentyabr ayına qədər uzadılması gözlənilir.

Mənbə: Bloomberg

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki