Paytaxtın Sabunçu rayonu, Maştağa–Zabrat yolunda ötən gün günorta saatlarında baş verən qəza Zabrat istiqamətində qısamüddətli nəqliyyat sıxlığı yaradıb.
Doğru.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Bildirilib ki, eyni yolda bu ayın 3-də minik avtomobilinin idarəetməni itirməsi və yol kənarına aşması, həmçinin 6 yanvar tarixində baş verən digər qəza da hərəkətin ləngiməsinə səbəb olub.
NİİM-in apardığı təhlillərə əsasən, son dövrlərdə yol-nəqliyyat hadisələrinin başlıca səbəbi bəzi sürücülərin yol hərəkəti qaydalarına əməl etməməsi, yəni nəqliyyat vasitələrini sürətlə idarə etmələri və düzgün ara məsafəsi saxlamamalarıdır.
Mərkəz sürücüləri daha məsuliyyətli olmağa və yol hərəkəti qaydalarına ciddi riayət etməyə çağırıb.
DOĞRU.AZ




























