image-2000x150px
image-123
image-ads_atlas
image-nazirbackend

“Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirildi – FOTOLAR

image-728x90px

Doğru.az xəbər verir ki,  aprelin 5-də “Nizami Gəncəvi yaradıcılığı Azərbaycanın əqli mülkiyyəti və bəşəriyyətin mədəni sərvətidir” mövzusunda vebinar keçirildi.

Vebinar Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə “Nizami Gəncəvi İli” çərçivəsində gerçəkləşdi.

Onlayn seminarı giriş sözü ilə Əqli Mülkiyyət Agentliyi İdarə Heyətinin sədri Kamran İmanov açaraq tədbir iştirakçılarını salamladı, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsinin dövlətimizin və dövlətçilik tariximizin şanlı səhifəsi olan Vətən müharibəsindəki parlaq Zəfərimizin davamı olaraq hər bir azərbaycanlı üçün önəmli hadisəyə çevrildiyini bildirdi. Qeyd etdi ki, bu əlamətdar il eyni zamanda klassik ədəbi irsimizin görkəmli nümayəndələrinin həyat və yaradıcılığına dövlət tərəfindən göstərilən diqqətin növbəti nümunəsidir.

*    *    *

Vebinarda çıxış edən mədəniyyət naziri Anar Kərimov qeyd etdi ki, 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması ilə dövlət başçısının sərəncamı təkcə Azərbaycan üçün deyil, türk dünyası, Şərq və geniş mənada, dünya ədəbiyyatı ilə bağlı mühüm hadisədir. Nizaminin dərin zəkasının və heyrətamiz ilhamının məhsulu olan bədii irsi milli ədəbiyyatımızı dünya bədii fikrinin ön sıralarına çıxarıb, türk-islam intibahını özünün ən uca zirvələrinə qaldırıb. Dahi şairin lirik şeirlərdən ibarət “Divan”ı və ölməz “Xəmsə”si Yaxın və Orta Şərq xalqları ədəbiyyatının minillik prioritet istiqamətlərini müəyyən edib, onu yeni forma, dərin məzmun, mütərəqqi ideyalarla zənginləşdirib, öz orijinal düşüncə və novator üslubu ilə nəhəng poeziya məktəbinin əsasını qoyub.

Nazir diqqətə çatdırdı ki, Nizaminin 850 illik yubileyi şərəfinə 1991-ci il UNESCO tərəfindən “Nizami ili” elan olunaraq yubileyi beynəlxalq səviyyədə qeyd olunub. Heydər Əliyev Fondunun dəstəyi ilə müxtəlif vaxtlarda şairin Peterburqda, Romada abidələri ucaldılıb, Beynəlxalq Nizami Mərkəzi fəaliyyətə başlayıb.

*    *    *

Vebinarda sonra Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmail Serageldinin videoçıxışı dinlənildi. Misirli mütəxəssis Nizami dühasının bəşəriyyətin ədəbi fikir tarixinə töhfələrini yüksək qiymətləndirdi.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Nizami əsərlərinin bu gün də aktual olduğunu bildirdi. Vurğuladı ki, dahi mütəfəkkir 68 il yaşasa da, onun irsi əsrlərə sığmır.

İCESCO-nun sabiq baş direktoru Əbdüləziz Osman əl-Tuveycri bildirdi ki, Nizaminin doğulduğu yer Gəncə şəhəri, Vətəni isə Azərbaycandır.

Təhsil nazirinin müavini Firudin Qurbanov Nizami yaradıcılığının səkkiz əsrdən çoxdur xalqımızın mənəvi mədəniyyətinin əhəmiyyətli hissəsinə çevrildiyini qeyd etdi.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli dahi şairi bütün dövrlərin ən böyük azərbaycanlısı adlandırdı.

Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Elnur Sultanov söylədi ki, əlamətdar il ərzində xarici ölkələrdə, həmçinin UNESCO-nun baş qərargahında Nizaminin yubileyi ilə bağlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Sonra Kembric Universitetinin tədqiqatçısı, professor Kristina van Ruyemberkin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının, AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin çıxışları dinlənilib.

Vebinar məruzələrlə davam edib.

DOĞRU.AZ 

image-nazir image-15mn image-16mn-1 image-6mn image-3mn-2 image-14mn-1 image-10mn-1 image-11mn-1 image-1mn image-4mn-1

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki