image-ads_n1karobka_mobile
image-neft_newbackend

Norveçdə iyirmiyə yaxın neft və qaz layihəsi təsdiqlənib

image-add-a-heading

Norveç hakimiyyəti 200 milyard Norveç kronu (18,5 milyard dollar) dəyərində 19 neft və qaz yatağının işlənməsinə icazə verib.

Bu barədə Norveçin neft və energetika naziri Terye Osland mətbuat konfransında bildirib.

“Bu layihələrə ümumi investisiya 200 milyard NOK-u (18,5 milyard dollar) keçəcək. Təsdiqlənmiş layihələrdən doqquzu Norveçin Aker enerji şirkəti, üçü də Norveçin Equinor şirkəti, qalanları isə Almaniyanın Wintershall Dea və Avstriyanın OMV şirkəti tərəfindən idarə olunacaq”, – Osland bildirib.

Onun sözlərinə görə, bu layihələr Norveç kontinental şelfində sabit və fasiləsiz istehsalın təmin edilməsinə kömək edəcək. Bundan əlavə, əlavə iş yerləri açılacaq və layihələrin özü Avropa regionunun enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verəcək.

Mənbə: Bloomberg


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki