image-n1karobka_ads
image-123
image-azedu-az_whatsapp_image_2024-08-05_at_12-32-54_112backend

Noyabrda məktəblərdə neçə gün tətil olacaq?

image-ad_qayo_720x110px

Nazirlər Kabinetinin qərarı ilə ölkəmizdə fəaliyyət göstərən xüsusi təhsil müəssisələri istisna olmaqla orta məktəblərdə payız tətilinin vaxtı dəyişib.

Qərara əsasən, ümumi təhsil pilləsi üzrə 2024-cü il noyabrın 12-dən 22-ə qədər payız tətili olacaq.

Noyabrın 9-10-u və 23-24-ü şənbə və bazar günlərinə, eləcə də 8 Noyabr Zəfər Günü və 9 Noyabr Dövlət Bayrağı Günü qeyri-iş günlərinə, həmçinin 9 noyabr şənbə gününə düşdüyü üçün 11 noyabr da qeyri-iş günü olacaq. Beləliklə, orta məktəblərdə tətil ümumilikdə 8 noyabrda başlayacaq və tam 17 gün – 25 noyabra qədər davam edəcək.

Noyabrın 25-i isə dərs günü olacaq.

Mənbə Oxu.az

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki