“Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun proqnozuna görə, noyabrın 11-də Yer kürəsində maqnit qasırğası baş verəcək.
Doğru.az xəbər verir ki, mütəxəssis RİA Novosti Krıma açıqlamasında maqnit qasırğasının bu gün Yerə yaxınlaşan plazma buludu ilə təkan alacağını bildirib:
“Maqnit qasırğası noyabrın 11-də Yerə qayıdacaq. O, bu gün planetə yaxınlaşan plazma buludu ilə hərəkətə gələcək,” – deyə Mixail Leus qeyd edib.
Məlumata əsasən, maqnit tufanları zəif və orta intensivlikdə (G1–G2) olacaq və çərşənbə günü səhərədək davam edəcək.
Noyabrın 12-si günortadan sonra vəziyyətin normallaşacağı gözlənilir.
Qeyd edək ki, bir müddət əvvəl Leus güclü günəş partlayışının günəşi tamamilə qabarıqlıqla əhatə etdiyini açıqlamışdı.
Bundan əlavə, Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutu (İKİ RAS) bu həftə ərzində Yer kürəsini iki günəş plazma buludunun əhatə edəcəyini də bəyan edib.
DOĞRU.AZ




























