Azərbaycanda noyabrın 23-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Doğru-az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı, mülayim cənub-şərq küləyi əsəcəyi ehtimal edilir. Havanın temperaturu gecə 10-14°, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 millimetr civə sütunu, nisbi rütubət isə gecə 80-85, gündüz 60-70 faiz təşkil edəcək.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöldə hava əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8°, gündüz 13-18° isti olacaq.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi, arabir duman olacağı, şərq küləyinin əsəcəyi güman edilir. Havanın temperaturu gecə 2-6°, gündüz 14-19° isti olacaq.
Qazax, Gəncə, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz, Naftalanda hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 18-22° isti olacağı proqnoz edilib.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusarda hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 3-8, gündüz 16-21° isti, dağlarda gecə 1-6°, gündüz 12-17° isti olacaq.
Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçalada havanın əsasən yağmursuz keçəcəyi proqnoz edilib. Arabir duman olacağı, şərq küləyi əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 4-9°, gündüz 17-21° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabadda hava şəraiti əsasən yağmursuz keçəcək. Arabir duman olacağı, şimal-şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 5-9°, gündüz 17-20° isti, dağlarda gecə 6-8°, gündüz 15-18° isti olacaq.
DOĞRU.AZ




























