image-ads_n1karobka_mobile
image-1549757-1backend

​O, Qaradağın yeni icra başçısı olacaq? – FOTO

image-add-a-heading

Süleyman Mikayılov bu il yanvarın 30-da Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilsə də, bu günə kimi onun yerinə təyinat olmayıb.

Metbuat.az xəbər verir ki, hazırda Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsini birinci müavin Emil Abbasov icra edir.

Əldə etdiyimiz məlumata görə, Süleyman Mikayılovun boşaltdığı kürsüyə əyləşmək iddiasında olanlardan biri də Emil Abbasovdur. Uzun illərdən bəri Qaradağ rayon icra hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışan Abbasovun bu təyinatın baş tutması üçün bütün əlaqələrini işə saldığı bildirilir.

Məlumatlara görə, Emil Abbasovun şansı bir o qədər də yüksək qiymətləndirilmir. Sabiq icra başçısı Süleyman Mikayılova yaxın olması bu təyinatın reallaşmasını çətinləşdirir.

image-3419c45385-ccccc

Fotoda: Emil Abbasov

Qaradağın yeni icra başçısının bu rayonda biznes strukturlarına malik olmayan kənar şəxs olacağı gözlənilir.

Qeyd edək ki, hazırda Qaradağ rayonuna rəhbərlik edən Emil Abbasov Sabunçu rayon Məhkəməsinin sabiq sədri İlqar Abbasovun oğlu, 14 il Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri işləmiş Qərib Məmmədovun qardaşı nəvəsidir.

DOĞRU.AZ 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki