Dünyada bu gün ən çox danışılan sənətkarlardan biri ukraynalı fotojurnalist Yevhen Maloletkadır. O, Rusiya-Ukrayna müharibəsinin ən ağır günlərində-xüsusilə də Mariupol şəhərində baş verən insan faciələrini əks etdirən fotoları ilə tanınıb.
Doğru.az xəbər verir ki, Yevhenin çəkdiyi bir foto-bombalanan doğum evindən qan içində çıxarılan hamilə qadın şəkli-bütün dünyanın vicdanına toxundu. Həmin foto World Press Photo baş mükafatına layiq görülüb və bu gün də jurnalistikanın gücünü sübut edən simvol olaraq qalır.
Fotoqrafın məqsədi yalnız görüntü çəkmək deyil. O, müharibənin dəhşətini, insanların yaşadığı ağrını və qlobal susqunluğun yaratdığı nəticələri sənədləşdirmək istəyir. Obyektivi vasitəsilə o, həm şahiddir, həm də tarix yazan biridir.
Yevhen Maloletkanın fotoları bu gün dünyanın ən nüfuzlu media orqanlarında-AP, TIME, Guardian, New York Times kimi platformalarda yer alır. Onun çəkdiyi hər bir kadr, təkcə hadisə deyil, həm də mesaj daşıyır: Həqiqəti susdurmaq olmur.
DOĞRU.AZ