image-n1karobka_ads
image-123
image-1719006099575687673_1200x630backend

Oğuzun kəndlərinə dolu düşüb

image-ad_qayo_720x110px

Oğuzun Xaçmaz və Filfilli kəndlərinə dolu düşüb.

Yağıntı bir sıra fəsadlara yol açıb. Əksər təsərrüfatlarda bostan-tərəvəz eləcə də meyvə ağaclarında məhsul məhv olub.

Qeyd edək ki, ucqar dağətəyi yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə də qısamüddətli dolu düşüb. Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, küləklə müşahidə olunan leysan yağış və dolu rayon mərkəzi ilə yanaşı ətraf kəndlərə də yağıb və hələlik heç bir fəsad qeydə alınmayıb. Təhlükəsizlik tədbirləri kimi külək şiddətləndiyi dəqiqələrdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Xaçmaz və Filfilli kəndlərində təsərrüfatlara dəyən zərərlə bağlı isə Komissiya üzvləri sabah səhərdən araşdırmaya başlayacaq, təsərrüfatlara baxış keçiriləcək, dəymiş ziyan dəyərləndiriləcək.

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki