image-n1karobka_ads
image-123
image-175931537912399598_1200x630backend

Oktyabrın 4-də rəqəmsal SAT imtahanı keçiriləcək

image-ad_qayo_720x110px

Oktyabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəqəmsal SAT imtahanı təşkil olunacaq.

Doğru.az xəbər verir ki, imtahan Mərkəzin fəaliyyət göstərdiyi hər iki ünvanda eyni vaxtda keçiriləcək. Namizədlər yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən ünvan üzrə imtahan mərkəzinə yaxınlaşmalıdırlar.

 İmtahan mərkəzlərinin ünvanları:

Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)

Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)

İmtahana buraxılış şərtləri:

Şəkilli şəxsiyyət vəsiqəsi və ya pasport;
Buraxılış vərəqəsi (“Admission Ticket”);
“College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə).

Qeyd olunur ki, tələb olunan sənədlərdən hər hansı biri olmadıqda iştirakçı imtahana buraxılmayacaq. İştirakçılar əlavə olaraq kalkulyator, qələm və karandaş gətirə bilərlər, qaralama vərəqləri isə imtahan mərkəzi tərəfindən təqdim olunacaq.

Namizədlər ən geci imtahandan beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq testin qurulması (test set-up) mərhələsini tamamlamalıdırlar. Bu proses bitdikdən sonra buraxılış vərəqəsi onlayn təqdim ediləcək.

Əlavə suallar üçün:

international@dim.gov.az

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki