image-2000x150px
image-123
image-ads_atlas
image-screenshot_20210625-182105_messengerbackend

ÖLKƏDƏ VƏTƏNPƏRVƏR XEYRİYYƏÇİLƏR NİYƏ HƏBS OLUNUR? Şəmkirli xeyriyyəçinin həbsinin təfərrüatı – FOTO/VİDEO

image-728x90px

İyunun 22-də Şəmkir rayonunda yerləşən “Qala” restoranının sahibi, xeyriyyəçi iş adamı Tural Zeynalovun polis tərəfindən saxlanılmasının təfərrüatı məlum olub.

ÜMİDTV:  Pandemiya və 44 günlük Vətən savaşı ərəfəsində vətənpərvərliyi və xeyriyyəçiliyi ilə seçilən oğullarımız hansısa məlum olmayan anonim səbəblərdən həbs olunur. Bəziləri barəsində inzibati həbs, bəziləri haqqında isə cinayət işi başlanır və barəsində həbs qətimkan tədbiri seçilir.  Bütün bunlar xoşagəlməz hallar olasa da, nə yazıq ki, ölkəmizdə belə hallara hələ də rast gəlmək mümkündür.

Belə ki, iyunun 22-də Şəmkir rayonunda yerləşən “Qala” restoranının sahibi, xeyriyyəçi iş adamı Tural Zeynalovun polis tərəfindən saxlanılmasının təfərrüatı məlum olub.

Xatırladaq ki, yerli polis sözügedən restoranda toy keçirildiyi şübhəsilə əməliyyat keçirib, bu zaman restoranın sahibləri ilə polislər arasında qarşıdurma yaranıb. Polis güc tətbiq edib və Tural Zeynalovu saxlayıb. Yaxınları onun polis şöbəsində də zorakılığa məruz qaldığını bildirirlər. Maraqlıdır ki, sonradan restoranda toy keçirildiyi iddiası öz təsdiqini tapmayıb.

“AzPolitika.info” nun məlumatına görə, iş adamının qardaşı Vüsal Zeynalov restoranda polisin apardığı əməliyyat zamanı qardaşı və atası Allahverdi Zeynalovun döyülərək xəsarət aldığını bildirib: “Tural Zeynalov hər zaman qanunlara hörmət edən, dövlətinin yanında olan xeyriyyəçi iş adamıdır. Şəmkir Polis Şöbəsinin bölmə rəisi Vüqar Qarayev ondan restoranla bağlı əsassız yerə rüşvət tələb edib. Tural Zeynalov həmin rüşvəti vermədiyinə görə ona qarşı hüquqi qaydalar pozularaq belə bir məkrli əməliyyat təşkil olunub. İddialar da əsassızdır, “Qala” restoranında toy məclisi keçirilməyib. Vüqar Qarayev öz əməliyyat qrupu ilə restoranın qapılarını qıraraq ora daxil olub, hər kəsi bibər qazı ilə zəhərləyib. Xəsarət alanlar içərisində şəhid ailəsi də olub. Şəhid ailəsi polisə ciddi narazılığını bildirəndə polisin zorakılığı ilə üzləşib”.

V. Zeynalov əlavə edib ki, hadisə vaxtı restoranda ailəsi ilə istirahət edən şəxslər polisin əssasız hərəkəti ilə bağlı şikayət ərizələri yazıblar.

Tural Zeynalovun atası Allahverdi Zeynalov isə bizimyol.info-ya bildirib ki, Şəmkir Polis Şöbəsinin Cinayət axtarış bölməsinin rəisi, mayor Vuqar Qarayev və onunla birlikdə 7-8 nəfər əməkdaş restorana gələrək obyektdə toy edildiyini deyib. “Mən də bildirdim ki, burada toy yoxdur. Müxtəlif insanlar var ki, yay “besetka”larında oturub istirahət edirlər”.

Allahverdi Zeynalovun bildirdiyinə görə, mayor Qarayev onu təhqir edib, oğlu Tural Zeynalov da buna görə mülki formada olan bölmə rəisinə iradını bildirib. Bu zaman bölmə rəisi Tural Zeynalova zor tətbiq edib. Bundan sonra istirahət mərkəzində olanlar da mübahisəyə qarışıb.

Allahverdi Zeynalov deyir ki, hadisə zamanı Vüqar Qarayev onun özünə başından və böyründən zərbə vurub: “Məni vurduqdan sonra yerə yıxıldım. Hazırda xəstəxanada reanimasiyadayam. Əlimdə ekspert rəyi var. Vüqar Qarayevin məni vurduğu nahiyədən ağciyərimə ləkə düşüb. Başımdan da zədə almışam. Biz polisləri çölə çıxarıb, darvazanı bağladıq. Polislər qapını qırıb içəri daxil oldular. Vüqar Qarayevin əlində bibər qazı var idi. O həmin qazdan Turala və başqalarına qarşı istifadə etdi. Daha sonra oğlum üçün dedi ki, “bu donuzu aparın salın içəri”. Bundan əvvəl də V.Qarayev bizim obyektə gələn müştəriləri incidib. Eşidiblər ki, ayın 1-dən toylara icazə verilib, ona görə belə bir addım atıblar.

Allahverdi Zeynalovun sözlərinə görə, Turalı polis idarəsinin rəisi buraxmaq istəsə də, V.Qarayev sonradan onu otağına çəkərək vurub. Buna şahid olan polis əməkdaşları da var. Tural da Vüqar Qarayevi vurub. Allahverdi Zeynalov qeyd edib ki, onlara Tural Zeynalov haqqında cinayət işi açılacağı deyilib.

“Artıq Gəncə regionaldan insan hüquqları əməkdaşları Turalın yanında olublar. Mən də bütün qurumlara, ölkə başçısına, Birinci vitse-prezidentə, prokurorluğa müraciət etmişəm. Hazırda vəziyyətim yaxşı deyil. Gözlərim qaralır”.

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adıgözəlli hadisə ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova videomüraciət edib. O, müraciətində iş adamının regionda hörmətli şəxs olduğunu vurğulayıb. Əlavə edib ki, olay T. Zeynalova qarşı qərəzli münasibət nəticəsində baş verib. S.Adıgözəlli nazirdən hadisənin nəzarətə götürülməsini və obyektiv araşdırılmasını xahiş edib.

 

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov isə bildirib ki, sosial şəbəkələrdə Şəmkir rayon sakini Tural Zeynalovun qanunsuz olaraq saxlanılması, ona və digərlərinə qarşı zor tətbiq olunması barədə dərc olunan iddialar əsassızdır və böhtan xarakterlidir: “Məlumat üçün qeyd edim ki, iyun ayının 22-də Şəmkir Rayon Polis Şöbəsinə rayon ərazisində fəaliyyət göstərən “Qoşa Qala” restoranında karantin qaydalarına zidd olaraq toy mərasimi keçirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşları adıçəkilən restorana gəldikdə, restoran sahibi obyektin qapılarını bağlayaraq polis əməkdaşlarının qanuni fəaliyyətinə mane olmuş, daha sonra içəri daxil olan polis əməkdaşlarının qanuni tələblərinə mane olmuş, onlara zor tətbiq edərək xuliqanlıq hərəkərləri etmişdir. RPŞ əməkdaşları qanunla müəyyən edilmiş qaydada T. Zeynalovu saxlayaraq RPŞ-yə gətirmiş, lakin sonuncu polis şöbəsində nalayiq söyüşlər söyərək və zor tərbiq edərək xuliqanlıq hərəkətlərini davam etdirmişdir. Polis əməkdaşları tərəfindən zərərsizləşdirilən Tural Zeynalov barəsində Cinayət Məcəlləsinin 221.2.1-ci ( Xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir”.

 

Qeyd edək ki, T.Zeynalov 44 günlük müharibə zamanı Ordumuza dəstək aksiyasının aktivistlərindən biri olub.

O, son parlament seçkilərində 99 saylı Şəmkir seçki dairəsindən deputatlığa namizəd olub.

REDAKSİYADAN:   Təəssüf hissi ilə qeyd edək ki, yayılan məlumatlarda həqiqətlə uzlaşmayan məqamlara rast gəlmək mümkündür.  Tural Zeynalovun saxlanılması ilə bağlı hadisə yerindən yayılan jkadrlardan görünür ki, Tural Zeynalov polis əməkdaşlarına heç də tabesizlik göstərmir və hərəkətlərində zorakılıq əlamətləri müəyyən edilmir.  Bütün hallarda şəxsin cinayət hərəkətləri faktlarla sübuta yetirilməlidir. Bu məqamda sübuta yetirilməli olan hal ondan ibarətdir ki, restoranda baş verənlər kamera görüntüləri ilə sübuta yetirilə bilər. Lakin restoranda baş verənlərlə bağlı Şəmkir Polisinin idiasını təsdiq edən video kadrlar ortada yoxdur. Hal bu ki, həmin restoranda məlumata görə kamera sistemi mövcuddur. Digər tərəfdən Polis şöbəsində Tural Zeynalovun tabesizlik və təhqiramiz hərəkətlər etməsi iddialarına gəldikdə isə qeyd ediriki ki, yenə də Polis şöbəsində kamera görüntülərinin olmaması mümkün deyil.  Şöbədə baş verənlərlə bağlı da hər hansı görünütü sübut olraq ortaya qoyulmur. İnanırıq ki, ictimaiyyətin marağında olan bu məsələ ilə bağlı zəruri olan görüntülər ictimaiyyətə açıq olacaq və şübhələrə birdəfəlik son qoyulacaq. 

Onu da qeyd edək ki, Tural Zeynalovun atasının xəsarətlə xəstəxanada olduğu bildirilir. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Ardı var…..!

 

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki