Ölkə ərazisinin əksər yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Doğru.az xəbər verir ki, Lənkəran-Astara zonasında leysan xarakterli intensiv yağışlar qeydə alınıb. Astarada 84, Lənkəranda 55, Lerikdə 13 millimetr yağıntı düşüb. Digər ərazilərdə isə 1–9 millimetrədək yağıntı qeydə alınıb.
Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir, maksimal sürət Bakıda və Abşeron yarımadasında 28 m/s-ə çatır. Daşkəsən, Altıağac, Qusar, Xınalıq, Qrız, Şahdağ və digər bölgələrdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək azalıb.
DOĞRU.AZ