image-2000x150px
image-123
image-ads_atlas
image-1691411532_29backend

Ölkənin ən güclü basketbolçuları Red Bull Half Court turnirində yarışacaq

image-728x90px

13 avqust, 16:00-da ölkənin ən yaxşı qadın və kişi basketbolçuları 3×3 basketbol üzrə Red Bull Half Court turnirinin Milli Finalında yarışacaq.
Bibiheybət yolu, Basketbol meydançasında baş tutacaq milli finalda qalib gələn komandalar Serbiyada keçiriləcək Red Bull Half Court turnirinin beynəlxalq finalında ölkəmizi təmsil etmək şansı qazanacaq.
Red Bull Half Court turnirinə ümumilikdə 80 komanda qeydiyyatdan keçib. Onlar arasında qadın komandalar avtomatik olaraq milli final mərhələsində vəsiqə qazanır. Kişi komandalarından isə seçim mərhələsini keçən 16 komanda milli finalda yarışacaq.
FIBA 3×3 qaydalarına əsasən tənzimlənən Red Bull Half Court turnirində 10 dəqiqə davam edən hər oyunda ən yüksək 21 xalı toplayan və bütün mərhələləri uğurla tamamlayan komandalar qalib elan olunur. Qalib gələn qadın və kişilərdən ibarət komandalar 28 ölkənin iştirak edəcəyi Serbiyada keçiriləcək beynəlxalq finala yola düşəcək.
Red Bull Half Court planetin ən qlobal stritbol turniridir. Basketbolun ən sürətli versiyası olan 3×3 oyunlarında əsas məqam rəqibin müdafiəsini qırmaq və qeyd olunan vaxtda ən çox səbətə top ataraq maksimum xalları toplamaqdır.
Oyunun tərəfdaşları olan Azərbaycan Basketbol Federasiyası və Bank VTB Azərbaycan ilə birlikdə Red Bull Half Court yerli basketbol komandalarına bir addım daha önə keçməyə və öz oyunlarını bütün dünyaya göstərməyə imkanı yaradır.

Giriş sərbəstdir.

Ətraflı məlumat: Red Bull Half Court Azərbaycan 2023

DOĞRU.AZ

image-nerjbanner

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki