Omsk vilayətində sərnişin avtobusu ilə bir neçə avtomobilin toqquşması nəticəsində altı nəfər ölüb, daha beş nəfər yaralanıb.
Doğru.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Omsk vilayəti üzrə Baş İdarəsinin məlumatına görə, qəza Tümen-Omsk magistral yolunda baş verib. İlkin məlumatlara görə, “Volvo” markalı avtomobilin sürücüsü qarşıdan gələn nəqliyyat vasitəsinə çıxıb və Omsk-Krutinka marşrutu üzrə hərəkət edən “PAZ” sərnişin avtobusu ilə toqquşub.
Hadisə zamanı avtobusun sürücüsü aldığı xəsarətlərdən təcili yardım maşınında vəfat edib, sərnişinlərdən isə beşi hadisə yerində ölüb. Daha beş sərnişin xəstəxanaya yerləşdirilib.
DOĞRU.AZ





























