2015-ci ildən II qrup hərbi əlil olan vətəndaşın əlilliyinin sonradan ləğv edilməsi, daha sonra isə yenidən 5 illik müddətə bərpa olunması praktiki olaraq bir çox şəxslərdə eyni sualı yaradır: uzun illər keçdikdən sonra əlillik niyə müddətsiz təyin edilmir?
Oxu24.com xəbər verir ki, mövcud qanunvericiliyə əsasən, əlilliyin müddətsiz təyin olunması konkret şərtlərlə bağlıdır və bu, əlillik dərəcəsindən və ardıcıl müddətdən asılıdır. Sadə dildə izah etsək, əvvəlki təsnifata uyğun olaraq:
I dərəcə əlilliyi olan şəxs 4 il ardıcıl əlillik alarsa, növbəti qiymətləndirmədə əlillik müddətsiz təyin oluna bilər.
II dərəcə əlilliyi olan şəxs 10 il ardıcıl əlillik alarsa, növbəti təyinatda müddətsiz əlillik hüququ yaranır.
III dərəcə əlilliyi olan şəxslərdə isə bu müddət 15 ildir.
Burada əsas məqam “ardıcıl”lıqdır. Əgər əlillik müddəti kəsilibsə və sonradan yenidən təyin olunubsa, bu zaman əvvəlki illər ardıcıl hesab edilməyə bilər. Bəzi hallarda ümumi müddət nəzərə alınsa da, fasilə hüquqi qiymətləndirməyə təsir göstərə bilir.
Bu səbəbdən, 11 il keçməsinə baxmayaraq, əgər əlillik statusunda fasilə olubsa, komissiya növbəti qiymətləndirməni yenidən müddətli təyin edə bilər.
DOĞRU.AZ

























